ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişində müğənni Şəbnəm Qəhrəmanova ilə vəkil Şəfiqə Nağıyeva arasında dava olub.
“Qafqazinfo” xəbər verir ki, vəkilin studiyada yer alan Sevinc adlı qadının nikahdankənar uşaq dünyaya gətirməsinə “Ayıbdır, biabırçılıqdır” deməsi Şəbnəmi özündən çıxarıb.
O, özünün də övladının nikahdankənar dünyaya gəldiyini deyib: “Sizin bunu deməyə ixtiyarınız yoxdur. 1500 ildir bu divanda oturmusunuz, durmursunuz. Elə bil müğənnisiniz”.
Nağıyeva Qəhrəmanovaya belə cavab verib: “Sən kimsən? Azərbaycan qadınıyam. İstəmirəm bu hal olsun. Uşaq nikahdan doğulmalıdır. Hərə bir kişidən doğur. Belə bir hal alıb, hamı kimdənsə uşaq doğur alır qucağına. Nikah bağlayıb, ərə gedib uşaq dünyaya gətirmək lazımdır”.
Şəbnəm “Siz kimsiniz? Vəkilliyinizlə məşğul olun, əgər o da varsa” deyərək studiyanı tərk edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Əməkdar artist Vasif Məhərrəmli Şəbnəmə “Ərə getməyib, toy etməyib, uşağının atası kimdir” sualını ünvanlamışdı.
Son xəbərlər
Son Xəbərlər