“Nikahsız 5 uşaq doğur, gəlib televiziyadan kömək istəyir...” - Video

nikahsiz-5-usaq-dogur-gelib-televiziyadan-komek-isteyir
Oxunma sayı: 4668

“Qadının nikahı, evi yoxdur, amma 5 uşaq dünyaya gətirib. Gəlir televiziyanın qarşısına deyir ki, mənə kömək edin”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Bektaşi “Üzə düz” verilişində deyib. O, nikahın vacibliyindən söz açıb:

“Axı o uşaqları yedirtmək, oxutmaq var. Mən uzaqbaşı sığınacaq üçün harasa müraciət edə bilərəm. Ailə quranda nikahsız bu addımı atmayın. Nikah sabah boşanmada alimentdir, ev bölgüsüdür. Uşağa məktəbdə lazım olur. Mental dəyərlər üçün lazımdır.

Düzdür, indi vətəndaş nikahı ilə yaşayanlar da var, bu normaldır. Nikahsız uşaq üçün gəlib televiziyaya kömək istəyirlər axı nə qədər... Hə, ola bilər ki, bir imkanlı şəxs çıxacaq sənə 3, 5 min kömək edəcək, uşağını müalicə edəcək və s. Bununla iş bitmir... Bir çox verilişlər var ki, bunun üzərindən reytinq yığmaq üçün o qədər şoulaşdırırlar, bayağılaşdırırlar. İnsanlar da bunu anlamırlar, deyirlər, gedib filan verilişə çıxım, həll olunacaq!”