Amerikanın ayaqqabı və geyim istehsalı üzrə “Nike” şirkəti Rusiyanı tam olaraq tərk etmək barədə qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Şirkətin rəsmi saytında paylaşılan məlumata görə, şirkətin Rusiyadakı mağazaları bir daha açılmayacaq. Şirkətin saytı və tətbiqetməsi Rusiyada əlçatan olmayacaq.
Qeyd edək ki, “Nike”ın keçən ay yaydığı məlumata görə, Rusiyadan olan tərəfdaşları ilə yeni müqavilələr bağlamayacaq və müqavilələrin vaxtını uzatmayacaq.
Son xəbərlər
Son Xəbərlər