Niki Minajın əri növbəti dəfə həbs oluna bilər

niki-minajin-eri-novbeti-defe-hebs-oluna-biler
Oxunma sayı: 1341

Kaliforniya polisləri amerikalı rok ifaçı Niki Minajın həyat yoldaşı Kennet Pettini saxlayıb.  

“Qafqazinfo”nun “TMZ”yə istinadən məlumatına görə, qalmaqallı reper 1995-ci ildə yetkinlik yaşına çatmayan qızı zorlamağa cəhd göstərdiyinə görə dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. 2002-ci ildə o, Lemont Robinson adlı şəxsi qətlə yetirdiyinə görə 10 il həbs cəzası almışdı. O, vaxtından əvvəl, yeddi il sonra azadlığa çıxmışdı.

Nəşrin məlumatına görə, Kaliforniya ştatının qaydalarına əsasən, 2019-cu ilin iyulunda Petti seksual cinayətkar kimi qeydiyyatdan keçməli imiş, lakin o, bunu etməmişdi. Bir neçə ildən sonra o, saxlanılmışdı. Kennet sərbəst buraxılması üçün 20 min dollar girov və problemi həll edəcəyinə dair söz vermişdi.

Bu dəfə də hüquq mühafizə orqanlarının tələblərinə məhəl qoymayan reper növbəti dəfə dəmir barmaqlıqlar arxasında qala bilər. Kaliforniya ştatının polisi 100 min dollar civarında girov və Minajın həyat yoldaşının ev dustağı kimi azadlığının məhdudlaşdırılmasını tələb edir.

Sözügedən məsələ ilə bağlı məhkəmə iclası martın 23-nə planlaşdırılıb. Petti 10 ilədək azadlıqdan məhrum edilə bilər.