Nikiforov Ukrayna və Rusiya arasında danışıqların şərtlərini açıqladı

nikiforov-ukrayna-ve-rusiya-arasinda-danisiqlarin-sertlerini-aciqladi
Oxunma sayı: 2909

“Ukrayna Rusiya ilə danışıqların beynəlxalq hüququn “müəyyən sayda prinsipləri” əsasında aparılacağı təqdirdə mümkünlüyünü nəzərdən keçirməyə hazırdır”.

“Qafqazinfo” Ukraynanın “Faktı” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Onun sözlərinə görə, “əsas, universal prinsiplər”– “Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət, qanunun aliliyi və “zərərin ödənilməsi”dir.