NIKOIL | BANK-ın əməkdaşı Avropa Çempionatının mükafatçısı oldu

nikoil-bank-in-emekdasi-avropa-cempionatinin-mukafatcisi-oldu
Oxunma sayı: 760

NIKOIL | BANK –ın əməkdaşı Həsən Quliyev 05-07 may tarixlərində Serbiyanın Subotitsa şəhərində karate-do idman növü üzrə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Qafqazinfo" xəbər verir ki, həmin çempionatda 25 fərqli ölkədən idmançılar iştirak edib. 85+ kq çəki kateqoriyasında mübarizə apararaq,  Həsən, İngiltərə, Rumıniya və Bolqariya təmsilçiləri üzərində üstünlük əldə edib. Lakin yarımfinal görüşündə bolqarıstanlı idmançıya məğlub olaraq 3-cü fəxri yerin sahibi olub.

Xatırladaq ki, Həsən Quliyev üçqat Avropa çempionu, ikiqat Dünya çempionu və digər fərqli Beynəlxalq turnirlərin qalibidir. Qeyd edək ki, Həsən karate-do üzrə 2-ci dan qara kəmər sahibidir.

"NİKOYL" İKB-nın kollektivi həmkarını səmimi qəlbdən təbrik edir və ona gələcək turnirlərdə qələbə arzulayır!