NIKOIL | Bank plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.
“Qafqazinfo” xəbər verir ki, vəzifənin səlahiyyətlərinə aşağıdakılar daxildir:
* Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş Şöbəsinə rəhbərlik və idarə etmək, aşağıda sadalanan səlahiyyətlərlə kifayətlənməmək deyil, daxil olmaqla:
* Plastik kartlar və mobil maliyyə xidmətləri ilə bağlı müəyyən edilmiş strategiyaların hazırlanmasına və tətbiqinə rəhbərlik etmək;
* Bankın kartlar və mobil maliyyə xidmətlərin uğurlu realizasiyasına görə cavabdeh şəxsi olmaq;
* Biznes proseslərinə, satışın təşkilinə, plastik kartlar üzrə biznes-strategiyaları üçün təkliflərin hazırlanmasına rəhbərlik etmək;
* Bankın texnoloji inkişafı və xidmətləri ilə bağlı layihələrin hazırlanması və onlarda iştirak;
* Azərbaycan Qanunvericiliyinə və normativ aktlarına riayət edilməsini təmin etmək;
* Müxtəlif komitə və komandalarda iştirak etmək;
* Layiqli korporativ mədəniyyətinin təşkilində, həmçinin işin hər aspektində ən yaxşı beynəlxalq təcrübəsini tətbiq edilməsində iştirak etmək;
Tabelik və inkişaf imkanları:
* Plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş Şöbəsi Pərakəndə bank xidmətləri Şöbəsinin hissəsidir.
* Vəzifə bilavasitə Pərakəndə biznes Departamentinin Direktoruna tabedir.
* Şöbə müdirinə iki vəzifə tabedir:
* Kartların verilməsi üzrə Mütəxəssis və əldə etməsi üzrə Mütəxəssis.
* Vəzifənin növbəti səviyyəsi - Pərakəndə biznes Departamentinin Direktorun müavini.
Tələblər:
1. Kommersiya bankında, prosesinq mərkəzində (back-ofis, biznesin inkişafı və ya front-ofis) plastik kartlarla işin idarə edilməsində minimum 3 illik təcrübə;
2. Plasik kartlarla işin prinsiplərini dərindən bilməsi (verilmə,əldə etmə, və s.);
3. Beynəlxalq ödəniş sistemlərinin qaydalarını və tələblərini, normativ bazanı və əlaqəli sahələri bilməsi;
4. Mobil maliyyə xidmətlərinin tətbiqində təcrübə önəmli üstünlükdür;
5. İqtisadiyyatda, bank işində, biznesin idarə edilməsində dərəcə. Elmi dərəcə - üstünlükdür;
6. Microsoft Office (Word, Excel, Outlook, Visio, Project, Power Point), ABS sistemini və plastik kartların back-ofis sistemini bilmək;
7. Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini əla səviyyədə bilmək.
8. İdarəetmə təcrübəsi üstünlüklərdən biridir.
Mükafatlandırma:
Biz əməyin əla ödəniş şərtlərini təklif edirik (müəyyən edilmiş əmək haqqı və səmərəliliyin nəticəsində qazanılan bonuslar daxil olmaqla).
Əlaqə: CV formalarınızı [email protected] ünvanına göndərməyinizi xahiş edirik.
Son müddət:
1 aprel 2017 il.

Son xəbərlər
Son Xəbərlər