NIKOIL | Bank veteranları təbrik etdi

nikoil-bank-veteranlari-tebrik-etdi
Oxunma sayı: 760

NIKOIL | Bank faşizm üzərində Qələbə gününün 72-ci ildönümü münasibətilə Leninqrad  şəhərinin 900 gün mühasirəsi zamanı dəhşətli anlar yaşayan, Leninqrad mühasirəsi İştirakçılarının İctimai Birliyinə (indiki Sankt-Peterburq) üzv olan Böyük Vətən Müharibəsinin veteranlarına öz maddi yardımını göstərib.

"Qafqazinfo" xəbər verir ki, görüş ənənəvi bayram naharı masası arxasında baş tutub. Lənkəran filialının əməkdaşları isə Böyük Vətən müharibəsi iştirakçısı 1925-ci il təvəllüdlü Paşayev Daşdəmirlə görüşərək ona əməkdaşların təbrikini çatdırıblar. Daşdəmir müəllim 1943-cü ildə cəbhəyə çağırılıb və onun döyüş yolu Belorusiya cəbhəsindən Berlinədək davam edib. 

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil