Nikoil Bankın səhmdarlarının növbəti yığıncağı keçiriləcək

nikoil-bankin-sehmdarlarinin-novbeti-yigincagi-kecirilecek
Oxunma sayı: 1052

İyunun 30-da Monako Krallığının, Monnte Karlo şəhərində Nikoil Bankın səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiq edilməsi;

Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnamənin təsdiq edilməsi;

Mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi;

Yığıncağın gündəliyində duran digər məsələlər.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiq edici sənədləri təqdim etməyiniz xahiş olunur.

Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.