Nikolas Keyc özündən 31 yaş kiçik xanımı ilə görüntüləndi

nikolas-keyc-ozunden-31-yas-kicik-xanimi-ile-goruntulendi
Oxunma sayı: 5642

Amerikalı məşhur aktyor Nikolas Keyc uzun müddət sonra xanımı Riko Sibata ilə görüntülənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, 29 yaşlı xanımı ilə “Ruh kolleksiyaçısı” filminin premyerasına qatılıb.

Qeyd edək ki, 60 yaşlı Nikolas Keyc və Riko Sibata 2019-cu ildə aktyorun Tokioda çəkilişləri zamanı tanış olublar. Hollivud aktyoru koronavirus pandemiyası zamanı xanımına onlayn evlilik təklifi edib. 2021-ci ilin fevral ayında sevgililər evləniblər.

Cütlüyün bu izdivacdan bir qızı var.