Venesuela dövlət başçısı Nikolas Maduro ikinci müddətə prezidentliyə namizədliyini verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Maduro sosial media üzərində canlı yayım zamanı bildirib.
“Qardaşlar və bacılar sizə bildirirəm ki, 2019-2025-ci illər üçün yenidən prezidentliyə namizədliyimi verməyə razıyam. Qarşınızda and içirəm ki, fəhlə sinfinin namizədi olacam”,-deyə N. Maduro vurğulayıb.
Qeyd edək ki, Uqo Çavesin hökumətində vitse-prezident olan N.Maduro 2013-cü ilin aprelində prezident seçilib.
Son xəbərlər
Son Xəbərlər