Nikolas Maduro özünə varis seçdi

nikolas-maduro-ozune-varis-secdi
Oxunma sayı: 944

Venesuela prezidenti Nikolas Maduro ölkənin yeni vitse-prezidentini təyin edib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Maduronun bu addımı atmasına səbəb parlamentin müxalifət fraksiyasının tələbi ilə istefaya getmək məcburiyyətində qalacağı halda vitse-prezidentin onun səlahiyyətlərini icra edə bilməsidir.

Qeyd edək ki, hazırda ölkədə situasiya ağır iqtisadi vəziyyətlə - sürətli artan inflyasiya, neftin qiymətinin düşməsi ilə bağlı daha da pisləşir.