Rusiyalı telejurnalist Nikolay Svanidze 69 yaşında vəfat edib.
“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, telejurnalist ötən gün Moskvada ölüb. Son zamanlar o, pnevmoniyadan əziyyət çəkirdi.
Qeyd edək ki, Svanidze 1991-ci ildə televiziyada işləməyə başlayıb, daha sonra bir çox analitik verilişin müəllifi və aparıcısı olub. 1997-ci ilin fevralından 1998-ci ilin mayına qədər isə Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin sədri vəzifəsini icra edib.
Jurnalist, həm də tarixi televiziya proqramları və filmləri üzərində çalışıb və müəllimliklə məşğul olub.