Nikolayevə raket zərbələri endirilib - Ölənlər və yaralananlar var

nikolayeve-raket-zerbeleri-endirilib
Oxunma sayı: 1843

Bu gün Rusiya hərbçilərinin Nikolayevi atəşə tutması nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu şəhər meri Aleksandr Senkeviç sosial şəbəkədə yazıb.

O bildirib ki, yaralılardan çoxunun vəziyyəti ağırdır və ölənlərin sayı arta bilər. 

Mer həmçinin qeyd edib ki, rusiyalı hərbçilər şəhəri kasset mərmiləri ilə atəşə tutur.