Nildə faciə - 18 ölü

nilde-facie-
Oxunma sayı: 1849

Misirdə Nil çayında bərənin batması nəticəsində azı 18 nəfər həlak olub.

“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, faciə baş verən zaman bərədə 22 insan olub. Faciənin səbəbi hələ ki, məlum olmasa da, iki ehtimal irəli sürülür: havanın pis olması və bərənin həddindən artıq yüklənməsi. Hadisə yerində xilasetmə işləri aparılır.