Nina Urqant dünyasını dəyişdi

nina-urqant-dunyasini-deyisdi
Oxunma sayı: 3840

Sovet və Rusiya aktrisası, RSFSR Xalq artisti Nina Urqant 92 yaşında dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir.

Məlumata görə, o, son vaxtlar ağır xəstə olub.

N. Urqant 2014-cü ilin iyulunda verdiyi müsahibəsində Parkinson xəstəliyindən əziyyət çəkdiyini demişdi.

Qeyd edək ki, N. N. Urqant 1964-cü ildən Lenin komsomolu adına Leninqrad teatrının aktrisası olub, baş rolları ifa edib. Daha sonra A.S.Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışıb. “Belarus vağzalı” filmindəki Raya obrazı ona ümumittifaq şöhrəti gətirib.  

Məşhur aktyor Andrey Urqant mərhumun oğlu, aktyor və teleaparıcı İvan Urqant isə nəvəsidir.

Nina Urqant və İvan Urqant