Nisa Qasımovadan “Elə baxma” - - Video

nisa-qasimovadan-ele-baxma-
Oxunma sayı: 2670


“Qafqazinfo”nun məlumatına görə, sənətkar xanım keçmiş hitlərini yeni albom halında təqdim etmək niyyətindədir. Müğənni bu günlərdə yerli radiokanallar və sosial şəbəkələrdə musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid məhşur "Elə baxma" mahnısını yeni versiyada təqdim edib. 

İfaçı 80-ci illərin hitlərindən olan mahnıya yeni nəfəs verdiyini bildirib: 

"Mən hesab edirəm ki, ifa etdiyim bütün retro mahnıları müasirləşdirib gənc nəsilə çatdırmaq lazımdı. Amma müasirləşdirmə deyəndə artıq klassikaya çevrilmiş əsərlərin tanınmaz hala çevrilməsini nəzərdə tutmuram. Bəllidir ki, hər dövrün musiqisinin bir texniki tələbi var. Yaxşı ki, mənim özümün şəxsi studiyam var və söylədiyim kompazisiyaları illər öncə oxuduğum qaydada, amma daha müasir aranjemanda ifa edə bilirəm". 

Qeyd edək ki Nisə Qasımova payız aylarında sevənlərini yeni albomla sevindirmək niyyətindədir