Nişandan qayıdan ailə qəzaya düşdü - 1 ölü, 3 yaralı

nisandan-qayidan-aile-qezaya-dusdu
Oxunma sayı: 2527

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” Report-a istinadən xəbər verir ki, “VAZ-2106” markalı avtomobilin aşması nəticəsində 1959-cu il təvəllüdlü Sara Əsəd qızı İsmayılova aparıldığı xəstəxanada ölüb. 

Qəzada xəsarət alanlar, 1987-ci il təvəllüdlü Gülnar Malik qızı İsmayılova, 1986-cı il təvəllüdlü Fərrux Şöhrət oğlu İsmayılov və onun yeddi yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən şəxslər yaxınlarının nişan mərasimindən qayıdırmış.