“Nişanlı olanda danışmırdılar…”

nisanli-olanda-danismirdilar
Oxunma sayı: 4446

Əməkdar artist Röya Ayxan “Xəzər maqazin”ə maraqlı açıqlamalar verib.  “Qafqazinfo” xəbər verir ki, ifaçı həmkarı Tunar Rəhmanoğlunun toyunda iştirak etməməsinin səbəbini açıqlayıb.

Bundan əlavə o, Tunarın şou-biznesin ən tərbiyəli kişi nümayəndəsi olduğunu söyləyib:

“Tunarın evləndiyi Ülviyyə xanım oğlum Hüseynin müəlliməsidir. Onlar nişanlı olduğu müddətdə küsmüşdülər, danışmırdılar. Ortada xoş sözlər deyiləndən sonra yavaş-yavaş məsələ həll olundu.

Qıza demişəm, indi deyirəm ki, Tunar şou-biznesdə ən tərbiyəli oğlandır. Üzü qızaran oğlan ona qismət olub. Toy zamanı İstanbulda idim, gedə bilmədim. Həm şou –biznes orada idi, istəmirdim”.