“Nişanlım bu addımı ilə sübut etdi ki...”- - Fotolar

nisanlim-bu-addimi-ile-subut-etdi-ki-
Oxunma sayı: 4998


“Qafqazinfo”nun məlumatına görə, müğənni Azəri qızı Günel mətbuat nümayəndələrini başına toplayaraq yaradıcılıq planlarından  söhbət açıb:

“2014-cü il Azərbaycan xalqı məni tez-tez görəcək. Bu il albomum işıq üzü görəcək, bir ay orada reklam olacaq, bu müqavilənin şərtlərindən biridir. Daha sonra albomumu götürüb vətənimə gələcəm. Cəbhə bölgəsində olan rayonda konsert verəcəm. Mən Qarabağlıyam, məcburi köçkünlərin bir gözü gülsə də, digər gözü daim yaşlıdır. Onlarında əylənməyə, sevinməyə daim haqları var, bu konsertlərimlə onlara sevinc bəxş edəcəm”.

Konfransın ən yadda qalan hadisəsi isə müğənninin nişanlısının  Günelə sürpriz olaraq qızılgüllər göndərməsi olub. Müğənni nişanlısının sürprizinə təəccübləndiyini bildirib:

“Nişanlım da Bakıda idi, onu Türkiyəyə yola saldım. Şəxsi həyatımdan söhbət açmağı sevmirəm. Gül göndərəcəyindən xəbərim yox idi, Türkiyədə olsa da, bu addımı ilə hər zaman yanımda olduğunu bir daha sübut etdi. Ona təşəkkürümü bildirirəm”.