Tanınmış markanın nümayişi üçün Türkiyəyə gələn braziliyalı model Ana Beatriz Barros “Aləm” jurnalına müsahibə verib.
“Qafqazinfo”nun məlumatına görə, manekenlik etməsəydi, həkim olacağını bildirən model misirli nişanlısıyla gələn ilin iyun ayında Qahirədə evlənəcəyini açıqlayıb:
“ Nişanlımla 4 ildir ki, birlikdəyik. Gələn yay evlənməyi düşünürük. Nişanlım misirli olduğu üçün iyun ayında Qahirədə evlənəcəyik. Aramızda uzun məsafələr var, münasibəti qorumaq çox çətindir. Nyu York, London və Rio de Janeiro arasında bir münasibət yaşadırıq. Hər fürsəti qiymətləndirməyə çalışırıq. Bəzən mən onun yanına gedirəm, bəzən o mənim yanıma gəlir. Bəzən ortaq bir yerdə görüşürük. Bir ay görüşə bilmədiyimiz zamanlar da olur. Uzaqlıq aramızdakı ehtirası daha canlı tutur. Bu sayədə bir-birimiz üçün darıxır və bir-birimizə qarşı daha diqqətli davranırıq”.
Könül






Son xəbərlər
Son Xəbərlər