Türkiyənin tanınmış aktyoru Mert Yazıcıoğlu ilə həmkarı Dilan Çiçek Deniz arasında sevgi münasibəti başlayıb.
“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, hazırda reytinq rekordları qıran “Yalı çapkını” serialının baş qəhrəmanı Afra Saraçoğlu ilə 4 il sevgili olan Mert Yazıcıoğlu bir müddət öncə münasibətlərinə son qoymuşdu. Ayrılığa səbəb kimi Saraçoğlunun çəkildiyi serialda tərəf müqabili olan Mert Ramazan Demirlə eşq yaşaması göstərilir.
A. Saraçoğludan sonra M. Yazıcıoğlu Dilan Çiçek Denizlə yeni eşq macərasına başlayıb. Bir neçə gün əvvəl İstanbulun Zekeriyaköy kəndində bir məkanda görüntülənən cütlük restorana əl-ələ daxil olublar. Artıq bir həftədir birlikdə görünən ikilinin bir-birini tanımağa çalışdığı bildirilir.
Qeyd edək ki, Dilan Çiçek Deniz islandiyalı nişanlısı Thor Saevarssonla evliliyə hazırlaşarkən ayrılıb.



Son xəbərlər
Son Xəbərlər