Nişanlısından hamilə olduğunu klipində açıqladı

nisanlisindan-hamile-oldugunu-klipinde-aciqladi
Oxunma sayı: 2941

Dünyaca məşhur müğənni Keti Perri ana olmağa hazırlaşır. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, aktyor nişanlısı Orlando Blumdan uşaq dünyaya gətirəcək.

Sənətçi bir müddət yayılan şayiələrin doğru olduğunu bildirib. Belə ki, 35 yaşlı Keti “Never Worn White” adlı mahnısına çəkdiyi yeni klipində məlumatları təsdiq edib, hamilə olaraq kamera qarşısına keçib.

Perri instaqram səhifəsində “bu yay çox şey edəcəm. Təkcə uşaq dünyaya gətirməyəcəm, gözlədiyimizdən də önəmli bir şey olacaq. Həyəcanlıyam, xoşbəxtəm. Məncə, bu xəbər ən uzun müddət gizlətdiyim sirr olaraq qalacaq. Sizə məlumatı musiqi ilə birlikdə ən yaxşı şəkildə açıqlamaq istədim” deyə bildirib. 

Qeyd edək ki, Orlando 2010-cu ildə model Miranda Kerrlə evlənib, üç il sonra boşanıb. Onun bu nikahdan Flyn adlı oğlu dünyaya gəlib.