Nisə Bəyim vəfat etdi

nise-beyim-vefat-etdi
Oxunma sayı: 5701

Şair Nisə Bəyim (Rəhimova) vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə onun qardaşı oğlu Toğrul Rəhimli feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, Nisə Bəyim 1955-ci ildə Sabirabadda anadan olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

"Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilib.

"Yerə, Göyə, Tanrıya", "İlahi Vaxt", "Ulduz səsləri", "Ayla, Günlə bərabər" və başqa kitabların müəllifidir.