Qeyd edək ki, Nisə Qasımova 1954-cü il fevralın 13-də Bakıda anadan olub.
1972-1973 illərdə biri-birinin ardınca "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıların xalq tərəfindən sevilir və gənc mügənni tez bir zamanda möhtəşəm ugurlar əldə edir. 1975 ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi " Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanım artıq Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır.
Davamlı sənət uğurları ilə yanaşı ictimai fəaliyyətlə də məşğul olan müğənni özünün adını daşıdığı "Nisə xanım Qasımova fondu"nu yaradıb davamlı xeyriyyə və mədəniyyət aksiyalarını maliyyələşdirir. 2008 ci ildə sənət fəaliyyətinin 36 illiyi ərəfəsində isə Nisə xanıma "Birliyə doğru" beynəlxalq humanitar təşkilatı tərəfindən " Əlimi tut, səninləyəm" xeyriyyə layihəsinə görə Azərbaycanın "Ən xeyirxah müğənnisi" diplomu verilib. Bu gün də Azərbaycanın əfsanəvi səsi Nisə xanım Qasımova həm sənət, həm də ictimai fəaliyyətini davam etdirməkdədir.
Könül
Son xəbərlər
Son Xəbərlər