Nisə Qasımova Qarabağda konsert verəcək

nise-qasimova-qarabagda-konsert-verecek
Oxunma sayı: 1413


Çoxdan planlaşdırılan  konsert proqramı xalq artistinin yaradıcılıq işlərinə görə təxirə salınırdı. Lakin payız aylarında işıq üzü görəcək albomunun hazırlıqlarını təxirə salan müğənni bu əlamətdar gündə xalqın və ordusunun qarşısına çıxmağı qərarlaşdırıb. Konsertlər 11-12 iyun  Füzuli rayonu, 14-15 iyun tarixlərində isə Ağdam rayonunda baş tutacaq. Xalq artisti konsert proqramları boyunca sevilən mahnıları, hitləri ilə bərabər vətənpərvərlik ruhunda da mahnılar da ifa edəcək. 

Qeyd edək ki,  konsertlər yerli telekanallar vasitəsilə  canlı yayımlanacaq.