“Nissan” aşdı, 2 nəfər yaralandı - Video

nissan-asdi-2-nefer-yaralandi
Oxunma sayı: 3394

Qubada minik avtomobili aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xanəgah kəndi ərazisində baş verib. 

Hərəkətdə olan “Nissan x-trail” markalı avtomobilin yoldan çıxıb aşması nəticəsində avtomobildə olan rayonun Aşağı Atuc kənd sakini, 2002-ci il təvəllüdlü Niriyyə Vaqif qızı Cəfərova və sürücü, rayonun Ağbil kənd sakini 1981-ci il təvəllüdlü Vüsal Teymurşah oğlu Sultanov xəsarət alıb. 

Yaralılar Quba Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu