“Nissan” “Porsche”yə, “Porsche” avtobusa çırpıldı - Fotolar

nissan-porscheye-porsche-avtobusa-cirpildi-
Oxunma sayı: 5319

Bu gün Bakıda yol qəzası baş verib.

Qafqazinfo”nun Azvision.az-a istinadən məlumatına görə, hadisə günorta saatlarında “İnşaatçılar” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Şahidlərin sözlərinə görə, “Nissan” markalı avtomobil “Porsche” markalı maşını vurub. Nəticədə “Porsche” 77 saylı marşrut avtobusu ilə toqquşub.

Hadisə zamanı hər iki minik avtomobilinə ziyan dəyib. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.