“Nissan”ı aşırdı, sərnişini öldü

nissani-asirdi-sernisini-oldu
Oxunma sayı: 2708

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza mayın 22-də saat 23 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini S.Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - paytaxt sakini Azər Bədirli hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.