Tokio məhkəməsi təxminən 4 aydır həbsdə olan “Renault-Nissan-Mitsubishi” avtomobil alyansının direktorlar şurasının keçmiş rəhbəri Karlos Qonu zamin müqabilində sərbəst buraxıb. “Qafqazinfo”nun “Bloomberq” nəşrinə istinadən xəbərinə görə, o, bu gün azadlığa çıxacaq.
Xatırladaq ki, 64 yaşlı Karlos Qon 80 milyon dollardan çox maliyyə gəlirini gizlətməkdə şübhəli bilindiyi üçün ötən ilin noyabrında könüllü olaraq Tokio prokurorluğuna gedərək təslim olmuşdu.
Son xəbərlər
Son Xəbərlər