Nitsa qurbanları Bakıda anıldı - Fotolar

nitsa-qurbanlari-bakida-anildi
Oxunma sayı: 1168

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin bir sıra nümayəndəsi Bakıdakı Fransa səfirliyinin qarşısında toplaşıb.

Qafqazinfo”ya daxil olan məlumata görə, həmin şəxslər Nitsada terror aktı nəticəsində həlak olan insanların ruhuna hörmət əlaməti olaraq bina qarşısına əklil qoyublar. Yadetmə mərasimində Baş idarənin və rayon idarələrinin rəhbərləri, fəalları iştirak ediblər.

Xatırladaq ki, Nitsadakı bayram şənliyində qeydə alınan terror hadisəsində 86 nəfər ölüb.