Nitsada Xocalı soyqırımı ilə bağlı anım konserti - Fotolar

nitsada-xocali-soyqirimi-ile-bagli-anim-konserti
Oxunma sayı: 1250

Fransanın Nitsa (Nice) şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım konserti keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konsert Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber tamaşaçılara Xocalı soyqırımı haqqında məlumat verib. O, təəssüflə bildirib ki, Qərbi Avropa əhalisinin bu faciə haqqında, ümumiyyətlə, Ermənistan və Azərbaycan münaqişəsi barədə məlumatı azdır. Fransız siyasətçi Xocalı soyqırımını 1944-ci ildə Fransanın Oradour şəhərində baş verən, 643 kəndlinin qətlimına səbəb olan faciə və Vyetnam müharibəsi zamanı 1968-ci ildə Amerika batalyonu tərəfindən törədilən və 500-dən çox qurbana səbəb olan My Lai qətliamı ilə muqayisə edib. 

Anım gecəsində iştirak edən bəstəkar Pyer Tilua ölkəmizlə onu bağlayan 20 illik dostluq munasibətlərindən, Xocalı əsərinin yaranmasından, bu faciəvi hadisənin onun üçün nə dərəcədə mühüm olmasından danışıb. 

Sonra Azərbaycan və dünya bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Granado və Barberin, eləcə də fransız bəstəkar Pyer Tiluanin solo skripka, klarnet və simli kvartet üçün bəstələdiyi “Xocalı 613” kompozisiyası ifa olunub. 

Tədbir çərçivəsində tamaşaçılara Heydər Əliyev Fondunun dəstəyi ilə Xocali soyqırımı həqiqətləri barədə dərc olunan materiallar və “Xocali 613” əsərinin diskləri paylanılıb.