“Niva” 15-dən çox qoyunu vurub öldürdü - Foto

niva-15-den-cox-qoyunu-vurub-oldurdu
Oxunma sayı: 3055

Yüksək sürətlə hərəkət edən avtomobil qoyun surüsünü vurub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ələt -Astara magistral yolunun Masallı rayonunun Alvadı kəndindən keçən hissəsində baş verib.

Astara istiqamətində hərəkət edən “90 ZK 427” dövlət nömrə nişanlı “Niva” markalı avtomobil yüksək sürətlə hərəkət edərək yol boyu hərəkət edən qoyun sürüsünü vurub. Nəticədə 15-dən çox qoyun qəza zamanı tələf olub.

Təsərrüfat sahibinin sözlərinə görə, hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.

Faktla bağlı BDYPİ- də araşdıma aparılr.