“Niva”nı aşırdı, sürücü ilə sərnişin öldü

nivani-asirdi-surucu-ile-sernisin-oldu
Oxunma sayı: 2066

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar sakini Ağayev Kamal Mehdi oğlu idarə etdiyi "Niva" markalı minik avtomobilini aşırması nəticəsində sərnişini ilə hadisə yerində dünyalarını dəyişib.

Xanım sərnişinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.