Niyaz Niftiyev də bələdiyyə seçkisinə qatıldı

niyaz-niftiyev-de-belediyye-seckisine-qatildi
Oxunma sayı: 2463

Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə jurnalistlər arasından da namizədlər var.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, bələdiyyə üzvlüyünə namizədliyi qeydə alınan jurnalistlərdən biri də “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyevdir.  O, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsindən Binəqədi qəsəbəsi Bələdiyyəsinin üzvlüyünə namizəddir:

“Bildiyiniz kimi, hər bir namizəd ilkin mərhələdə bələdiyyə üzvü seçilməlidir. Mən də bələdiyyə üzvü seçilmək üçün mübarizə aparacağam. Artıq tələb olunan imzaları toplayıb Dairə Seçki Komissiyasına təqdim etmişəm, qeydiyyata da alınmışam. Bələdiyyə üzvü seçiləcəyim təqdirdə həm mediada, həm də vətəndaş cəmiyyətində fəaliyyətimi davam etdirəcəyəm”.