Niyazi Bayramov Gəncə Uşaq Evini ziyarət etdi - Fotolar

niyazi-bayramov-gence-usaq-evini-ziyaret-etdi
Oxunma sayı: 1357

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Uşaq Evinin sakinlərini ziyarət edib, burada yeni məskunlaşan uşaqlarla tanış olub.

“Qafqazinfo” xəbər verir ki, şəhər rəhbəri onların qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin xüsusi diqqəti və qayğısı ilə əhatə olunublar. Onların fiziki və mənəvi sağlam, savadlı, tərbiyəli və vətənpərvər ruhda böyüdülməsi üçün burada hər cür şərait yaradılıb.

Həmçinin 12 yaşı tamam olan Gəncə Uşaq Evinin sakini Əlibala Abbasovun doğum günü qeyd olunub. Bu münasibətlə Gəncə ŞİH tərəfindən çay süfrəsi təşkil edilib, Ə.Abbasova və digər uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.