Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - Foto

niyazi-bayramov-gencenin-bir-sira-erazilerinde-olub
Oxunma sayı: 1907

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər rəsmiləri Gəncənin bir sıra ərazilərində olublar. 

“Qafqazinfo” xəbər verir ki, icra başçısı burada aparılan abadlıq-quruculuq işləri ilə tanış olub, səyyari (mövsumi) xidmətin təşkil edildiyi məkanlara baş çəkib.

Niyazi Bayramov Gəncədə inşası yekunlaşmaq üzrə olan modul tipli xəstəxanada olub və görülən işlərlə maraqlanıb, bu istiqamətdə öz tapşırıq və tövsiyələrini verib.

Daha sonra Niyazi Bayramov və rəsmilər şəhərdə səyyari (mövsumi) xidmətin təşkil edildiyi ərazilərdə fəaliyyət göstərən obyektlərədə baş çəkiblər. İcra başçısı görüşdə bildirib ki, karantin rejiminin yumşaldılmasından sonra belə Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl edilməlidir, habel tibbi maska və əlcəkdən istifadə olunmalıdır. Niyazi Bayramov sahibkarların diqqətinə onu da çatdırıb ki, qaydalara riayət etmək ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının,habelə xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması isə qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda o, sakinlər arasında da profilaktik söhbətlər aparıb, vətəndaşları məsuliyyətli olmağa və qaydalara əməl etməyə çağırıb.