Niyazi Bayramov Hacıkənddə sakinlərlə görüşüb - Fotolar

niyazi-bayramov-hacikendde-sakinlerle-gorusub
Oxunma sayı: 1818

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı, məsul əməkdaşlar, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə, keçirilən bu cür görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətirib, bir sıra təkliflərlə çıxış ediblər. Müraciətlər arasında işlə təminat, maddi yardım və digər  məsələlər üstünlük təşkil edib.

Səsləndirilən bir çox məsələ yerindəcə həllini tapıb. Bəzi müraciətlərlə bağlı aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq və yaranmış problemləri həll etmək tapşırığı verilib.