Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Park-Xiyaban Kompleksində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və bələdiyyə sədrləri iştirak ediblər.
Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq sakinlərlə görüşlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlər görülür.
Şəhər rəhbəri bildirib ki, Azərbaycanın hər yerində olduğu kimi, Gəncə şəhərində yaşayan şəhid ailələri və müharibə əlilləri də daim diqqətdə saxlanılırlar.
Görüşdə iştirak edən vətəndaşlar, o cümlədən şəhid ailələri onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısı və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.




Son xəbərlər
Son Xəbərlər