Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və digər məsələlər yer alıb.
Dilə gətirilən əksər müraciətlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunamüvafiq formada aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.