Niyazi Bayramov vətəndaşlarla görüşdü - Fotolar

niyazi-bayramov-vetendaslarla-gorusdu
Oxunma sayı: 1180

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər. Görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib.

Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi və sair məsələlər yer alıb. Dilə gətirilən əksər müraciətlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanunamüvafiq formada aradan qaldırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.