Niyazi Bayramov videokonfrans keçirib - Foto

niyazi-bayramov-videokonfrans-kecirib
Oxunma sayı: 2796

Gəncədə COVİD-19 infesiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində yaradılmış Koronavirusa Qarşı Mübarizə Qərargahının hesabatına dair videokonfrans keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, videokonfransda Gəncə Şəhər İcra Haimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev, habelə qərargahın digər üzvləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür: “Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar öz töhvəsini verməkdədir. Gəncədə də bu sahədə müvafiq işlər görülür. Belə ki, 20 mart 2020-ci il tarixdən etibarən Gəncədə Koronavirusa Qarşı Mübarizə Qərargahı fəaliyyət göstərir. Qərargahın 24 saat aktiv olan qaynar xətti vasitəsilə şəhər sakinləri onları maraqlandıran suallar və narahat edən məsələlərlə bağlı məlumat ala bilirlər”.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, COVİD-19 infeksiyasına qarşı mübarizənin ilk günlərindən Gəncədə maarifləndirmə tədbirlərinə start verilib. 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev qeyd edib ki, yaradılmış mobil qruplarda təmsil olunan əməkdaşlar tərəfindən Nizami rayonu ərazisindəki bankomatların qarşısında, aptek və mağazalarda sosial məsafənin saxlanılmasına riayət olunması barədə mütəmadi olaraq maarifləndirici izahat işləri aparılır.  

Videokonfransın sonunda Niyazi Bayramov qeyd edib ki, Gəncədə 200 çarpayılıq modul tipli xəstəxananın inşasına başlanılıb. Şəhər rəhbəri qarşıda duran vəzifələrin icrasına dair müvafiq tapşırıqlar verib.