Niyazinin ev-muzeyində konsert keçirilib

niyazinin-ev-muzeyinde-konsert-kecirilib-
Oxunma sayı: 841


“Qafqazinfo” xəbər verir ki, gecəni giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova açıb.

O bildirib ki, Milli Musiqi Günü ölkədə hər il sentyabrın 18-də, Azərbaycanın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edilir. Bu ənənənin əsası maestro Niyazi tərəfindən qoyulub. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin verdiyi sərəncama əsasən həmin gün dövlət səviyyəsində qeyd olunmağa başlanıb.

Konsert Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası ilə açılıb.

Proqramda Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səsləndirilib.