“Niyə 600 min manat pul boşuna xərclənməli idi?”

niye-600-min-manat-pul-bosuna-xerclenmeli-idi
Oxunma sayı: 5093

“Abidələrin bərpası və konservasiyasına dair illik investisiya planlarında orta hesabla hər il 134 sayda abidədə təxminən 90,0 mln. manatlıq bərpa və ya konservasiya işlərinin aparılmasının nəzərdə tutulduğu halda 2014-2020-ci illərdə Abidələrin bərpa-konservasiyası üzrə cəmi 40,1 mln. manat məbləğində 5 satınalma müqaviləsi bağlanılıb və həmin məbləğin 77,3%-i yalnız 1 abidəni əhatə edib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə Hesabalam palatasının  2021-ci ildə fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Qənirə Paşayeva bildirib. 

Deputat qeyd edib ki, 2014-2020-ci illərdə 13 abidənin bərpa konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün cəmi 603,6 min manat məbləğində 13 satınalma müqaviləsi bağlanılaraq icra edildiyi halda, 01.01.2021-ci il tarixə həmin abidələrin, layihə-smeta xərci 75,5 min manat təşkil edən Şəki şəhərindəki Gileyli məscidinin minarəsi istisna olmaqla, heç birində bərpa-konservasiya işlərinin aparılmayıb: “Zaman keçib, xeyli vaxt keçib. Artıq o abidələrin qorunması, bərpası isitiqamətində yenidən sənədlərin hazırlanmasına ehtiyac var. Niyə 600 min manat pul boşuna xərclənməli idi? O, məbləğ hesabına 4-5 abidəni təmir etmək olardı”. 

O, qeyd edib ki, abidələrin pasportlaşdırılması və mühafizə zonalarının təyin edilməsi fəaliyyətinə 2013- cü ildən başlanılması baxmayaraq 2021-ci ildə 4528 abidədən 8,1%-nin pasportlaşdırılıb, cəmi 140 abidənin (3,1%) mühafizə zonasının təyin edilməyib: “Bu rəqəmlər çox ciddi rəqəmlədir”.

Eldar Tanrıverdi