“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, Mərkəzi Bank yenə də insanları məlumatsız buraxaraq ajiotajın, gərginliyin artmasına yol açır:” Keçən ilin sonunda Mərkəzi Bank qərar verdi ki, kapitallaşma səviyyəsi 50 mln. manatdan aşağı olan banklara lisenziya verilməyəcək, həmin banklar qapanacaq. Artıq martın ortasıdır, hələ də doğru-dürüst açıqlama yoxdur, sadəcə, elan ediblər ki, 4 bank bağlanacaq. İnsanlar təşviş içindədir, onlarla mesaj, zəng alıram ki, söhbət hansı banklardan gedir, açığı, müəyyən ehtimallarım olsa da, tam məlumatım yoxdur. Ona görə də, insanlara bir söz deyə bilmirəm, bu barədə AMB çıxıb normal açıqlama verməlidir. Maliyyə-Bank sistemi üçün ən təhlükəli şey təşvişdir, qeyri-müəyyənlikdir, insanların pis gözləntiləri artdıqca, banklara güvəni azalır, vəsaitləri banklardan çəkməyə başlayır, bu da öz növbəsində onsuz da çox ağır durumda olan bank sektorunun vəziyyətini daha da çətinləşdirir”.
Onun sözlərinə görə,devalvasiyadan öncə də AMB çox qeyri-peşəkarcasına sürəci yürütdü deyə, ajiotaji artırdı, təşvişi çoxaltdı, düzdür, bunun insanlara xeyri də oldu, vətəndaşlar əllərində olan manatı dollara çevirməyə başladıla, amma, indiki durum fərqlidir: “Sovet bank sisteminin çökməsini, Vahid Bank fırıldağını görən, bilən, unutmayan vətəndaşlar onsuz da nə hökumətə, nə də bank sisteminə o qədər də güvənmirlər, bu səbəbdən qeyri-müəyyənlik gərginliyi daha da artıraraq, bankların yükünü çoxaldır. Açığı, bank sistemimiz çox zəif və kövrəkdir, devalivasiya stresini hələ heç ata bilməyib, indi də bankların bağlanması söz-söhbətləri bank sistemini çökdürə bilər. Tezliklə Mərkəzi Bak normal açıqlama verməlidir”.
Son xəbərlər
Son Xəbərlər