Niyə Böyük Britaniya ölüm sayı ilə Avropada rekord qırdı?

Niyə Böyük Britaniya ölüm sayı ilə Avropada rekord qırdı?
Oxunma sayı: 2561

Böyük Britaniya COVİD-19 pandemiyasından ölüm faktına görə hazırda Avropada 1-ci yerdə dayanıb. 

“Qafqazinfo” xəbər verir ki, krallıqda virusdan ölənlərin sayı artıq 40 mini keçib. Mütəxəssislər Britaniyanın ölənlərin sayına görə Avropada ilk sırada yer almasının səbəblərini izah ediblər.

Onların fikrincə, ölkə aşağıdakı göstərişlərə əməl etsəydi ölüm halları az ola bilərdi:

1. Hökumət Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini qulaqardına vurmasa və zamanında karantin tədbirləri tətbiq etsəydi;

2. Ölkədə karantin rejimi yumşaq formada tətbiq edilməsəydi.

Britaniyanın Qayğı Siyasəti və Qiymətləndirmə Mərkəzinin əməkdaşı Adelina-Komas Errera hesab edir ki, virusla mübarizədə səlahiyyətlilərin yanaşmasını ləng adlandırmaq olar: “Digər ölkələrdə tədbirlər daha sərt idi və hökumətlər buna ehtiyac olduğunu açıq şəkildə bəyan etdilər. London isə bu məsələdə daha yumşaq davrandı”.

Qeyd edək ki, son statistikaya görə, Böyük Britaniyada yoluxma sayı 284 mini keçib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi