“Niyə insanlara belə maraqlıdır?” - Xalq artisti yeni imicindən danışdı

niye-insanlara-bele-maraqlidir
Oxunma sayı: 2503

Yeni imicinə görə müzakirələrə səbəb olan xalq artisti Amaliya Pənahova açıqlama verib.

"Qafqazinfo" xəbər verir ki, Ölkə.az-a danışan aktrisa müzakirələrə təəccübləndiyini etiraf edib:

"Başa düşmürəm, imicimi dəyişməyim, yeni saç düzümüm niyə insanlara belə maraqlıdır? Burada qəribə nə var axı? Mən qadınam, saçımda, imicimdə dəyişiklik edə bilərəm. Yeni filmə çəkilirəm. Ona görə də zahiri görünüşümdə dəyişiklik etmişəm".

Qeyd edək ki, xalq artistinin yeni fotosunu əməkdar artist Mətanət İsgəndərli paylaşıb. Müğənni şəklə “Amaliya Pənahovanın həyat yoldaşı, mərhum Yusif Muxtarovun anım günündə” sözlərini yazıb.