Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Latviya prezidenti ilə görüşüb- - Fotolar

nizami-gencevi-beynelxalq-merkezinin-uzvleri-latviya-prezidenti-ile-gorusub-
Oxunma sayı: 856


"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr arasında əməkdaşlıq imkanları, bu istiqamətdə atılacaq olan konkret addımlar müzakirə edilib.

Müzakirələr zamanı Latviyanın sabiq prezidenti Valdis Zatlers “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrə dəstək göstəriləcəyini vurğulayıb. O bildirib ki, Latviya Avropa Birliyi Şurasına sədrliyi dönəmində “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrlə münasibətlərin genişləndirilməsinə öz töhfələrini verdi və bu proses gələcəkdə də davam edəcək: “Bu ölkələrin əksəriyyəti bizim qonşularımızdır, ancaq 50 illik ortaq tarixi bağlar bizə imkan verir ki, Avropa Birliyi ilə şərq qonşularımız arasında daha sıx əlaqələr quraq”.

Görüş iştirakçıları sonuncu Şərq Tərəfdaşlığı Sammitindən keçən müddət ərzində bu sahədə problemlərin yaranması ilə razılaşıblar. Latviya prezidenti bu məsələnin hər bir ölkənin fərdi öhdəlikləri və apardığı iqtisadi islahatlarla yanaşı, eyni zamanda əməkdaşlıq etmək istəyindən də asılı olduğunu vurğulayıb. Andris Berzinş bəyan edib ki, Latviya hər zaman bu istiqamətdə sabiq dövlət və hökumət başçılarının təcrübəsi, eləcə də uzun illər ərzində qazandığı biliklərin istifadə edilməsində maraqlı olub və olacaq.