Nizami Hacıyev millidən kənarlaşdırıldı

nizami-haciyev-milliden-kenarlasdirildi
Oxunma sayı: 642

Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Məlumatda bildirilir ki, Hacıyev əməliyyat olunduğu üçün Azərbaycan milli komandasının mayın 20-dən 31-dək olan təlim-məşq toplanışında iştirak etməyəcək. Nizami Hacıyev qeyd olunan təlim-məşq toplanışına baş məşqçi tərəfindən ehtiyat oyunçu kimi dəvət olunmuşdu.

Xatırladaq ki, bu toplanış çərçivəsində millimiz mayın 23-də Şizuoka şəhərində Yaponiya, mayın 30-da isə Frankfurt şəhərində Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.