Nizami Muradoğlu vəfat etdi

nizami-muradoglu-vefat-etdi
Oxunma sayı: 7515

Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, alim 66 yaşında dünyasını dəyişib.

N.Muradoğlu 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutunda çalışırdı. O, 1996-2002-ci illərdə Ordubadın icra başçısı olub.

N.Muradoğlu Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.

N.Muradoğlu “Qızıl qələm”, “Vətən-media”, “Həsən bəy Zərdabi” mükafatları laureatı idi.

Allah rəhmət eləsin!